Modern.az

Atəşkəs 56 dəfə pozulub

Atəşkəs 56 dəfə pozulub

Təhsil

10 Yanvar 2015, 10:03


Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

Modern.az xəbər verir ki, Erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Nəmirli, Cəvahirli, Şıxlar, Şuraabad, Sarıcalı, Kəngərli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu