Modern.az

Ermənilər özləri düzəltdikləri abidəni dağıdıblar - FOTOFAKT

Ermənilər özləri düzəltdikləri abidəni dağıdıblar - FOTOFAKT

Təhsil

10 Yanvar 2015, 11:11

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməninin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələnib.

Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa – 150” abidəsidir. Abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı ermənilərin özləri tərəfindən 1978-ci ildə Qarabağda inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa – 150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.

Abidənin qalıqları hazırda Tərtərin Şıxarx qəsəbəsindədir. Ermənilərin ərazi iddialarının əssassızlığını sübut edən və siyasi əhəmiyyətə malik “Marağa – 150” abidəsinin hazırda təmirə ehtiyacı var.

Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. Bütün bunlara baxmayaraq Ermənistan bir dəfə də bu abidənin varlığını dilə gətirmir. Çünki bu abidə ermənilərin bölgəyə gəlnə olduqlarını sübut edir. Bir daha xatırladırıq ki, bu abidəni ermənilər özləri quraşdırıblar.

Gördüyünüz bu şəkillər bir neçə gün öncə çəkilib.

 

  Xəyalə QASIMOVA  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu