Alman Azərbaycan Mədəniyyət Evi və Modern.az İnternet portalı gənc və istedadlı azərbaycanlı yazarların əsərlərinin avropalı oxuculara catdırılması, onların yeni oxucu kütlələrinə çıxması, ümumiyyətlə, gənc yazarlarımızın stimullaşdırılması, onlara bu istiqamətdə dəstək vermək məqsədilə yeni layihəyə başlayır.
Bu barədə məlumatı Alman Azərbaycan Mədəniyyət Evinin İdarə Heyətinin üzvü Toğrul Əziz verib.Qeyd edək ki, layihə çərçivəsində yaradılacaq komissiyaya təqdim oluncaq hekayələrdən 20-si seçilərək təşkilatçılara təqdim olunacaq. Sonra bu hekayələr alman dilinə tərcümə edilərək kitab formasında Almaniyada nəşr ediləcək. Kitabın Almaniyadakı kitab evlərində yayınlanması da layihəyə daxil işlər sırasındadır.
Layihə davamlı olaraq həyata keçiriləcək. Əlavə məlumatlar veriləcək. Layihəyə qatılmaq istəyənlər Alman Azərbaycan Mədəniyyət Evi və Modern.az İnternet portalına müraciət edə bilərlər.
Elmin NURİ