Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Kiyevin Obolonski sahilindəki şəxsi evinin yeni sahibi erməni olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna daşınmaz əmlak üzrə dövlət reyestrinin məlumatına görə, keçmiş prezidentin evini Artur Rostomyan alıb. Alqı-satqı üzrə müqavilə 2014-cü il oktyabrın 2-də bağlanıb.
Ukrayna KİV-nin məlumatına görə, evin yeni sahibi Yanukoviçin ova getdiyi adamlardan biridir.
Modern.az