Modern.az

Səudiyyəli şahzadə: “Neft bir də heç vaxt 100 dollar olmayacaq”

Səudiyyəli şahzadə: “Neft bir də heç vaxt 100 dollar olmayacaq”

Təhsil

12 Yanvar 2015, 14:25


Səudiyyə Ərəbistanın şahzadəsi, milliyarder Əbu Valid ibn Təlal neftin qiymətinin bundan sonra daha 1 barelə görə 100 dollar olmayacağını düşünür. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, səudiyyəli şahzadə neftin qiymətinin bu yaxınlara qədər 100 dollardan çox olmasının səbəbini  süni qiymət artımı ilə əlaqələndirib:

“Əgər bazarda neftə olan təklif əvvəlki səviyyədə qalarsa, neftin qiymətinin daha da ucuzlaşacağını gözləmək olar. Lakin əgər neft təklifi azalıb, tələb artacaqsa, onda qiymətlərin artması ehtimalı var. Lakin mən əminəm ki, biz bir daha neftin barelini 100 dollar səviyyəsində görməyəcəyik. Mən 1 il bundan qabaq deyirdim ki, neftin 100 dollardan baha olması süni amillərlə bağlıdır. Belə qiymət düzgün deyildi”.

Əbu Valid ibn Təlal nə Səudiyyə Ərəbistanının, nə də digər dövlətlərin neftin belə sürətli ucuzlaşmasını gözlədiyini deyir:

“Heç kəs gözləmirdi ki, belə şey olar. Neftin 50 faiz ucuzlaşmasını gözlədiyini deyən hər bir adam yalan deyir. Səudiyyə Ərəbistanının neft naziri iyulda açıq demişdi ki, barelə görə 100 dollar həm istehlakçılar, həm də istehsalçılar üçün məqbul qiymətdir. Və 6 aydan az bir müddət sonra neftin qiyməti 50 faiz ucuzlaşdı”.

Səudiyyəli  şahzadə Ər-Riyadın və Vaşinqtonun Moskvaya qarşı “təxribat” hazrlamasını da inandırıcı saymır. Onun sözlərinə görə, neftin ucuzlaşması həm Səudiyyə Əərbistanına, həm də Rusiyaya ziyan verir: “Əgər Səudiyyə Ərəbistanı bu cür addım atsaydı, o, öz ayağına atəş açmış olardı”.

Modern.az       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu