Modern.az

Belarusda 20 sələfi saxlanılıb

Belarusda 20 sələfi saxlanılıb

Təhsil

12 Yanvar 2015, 15:43


Minsk yaxınlığında milislər radikal sələfi hərəkatının qanunsuz iclasının qarşısını alınıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Belarus Təhlükəsizlik Komitəsinin (BTK) mətbuat xidmətinin rəhbəri məlumat verib.

Onun sözlərinə görə, BTK-nın Daxili İşlər Nazirliyi ilə birgə əməliyyatı  zamanı cihad və İslamdan başqa digər dinləri qəbul etməmək prinsipinə əsaslanan 20 sələfini saxlayıb. Saxlanılanların 8 nəfəri əcnəbilər olublar. Sələfilər Minsk yaxınlığındakı kəndlərdən birində görüşüb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu qrup ərəb ölkələrindən birindəki ekstremist təşkilatının missionerlik fəaliyyəti əsasında formalaşıb.

BTK-nın mətbuat xidməti rəhbərinin sözlərinə görə, saxlanılan Belarus vətəndaşlarına qarşı profilaktik tədbirlər görülüb, qanunvericiliyi pozan xarici vətəndaşlar isə ölkədən çıxarılıblar.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu