Modern.az

“Ermənistan ahıl çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxır” - Rəsmi AÇIQLAMA

“Ermənistan ahıl çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxır” - Rəsmi AÇIQLAMA

Təhsil

12 Yanvar 2015, 16:16


“Ermənistanın Müdafiə Nazirliyi yanvarın 11-də dövlət sərhəddi və yanvarın 12-də cəbhəboyu zonadakı vəziyyət barədə növbəti dəfə biri-birindən absurd, heç bir normal düşüncə tərzinə sığmayan, tam erməni xislətinə və məntiqinə uyğun dezinformasiya xarakterli xəbərlər yayıb. Acı gülüş və təəccüb hissi doğuran bu cür məlumatların adət halını alması Ermənistanın öz uğursuzluğunu qarşı tərəfdə axtarması cəhdindən başqa bir şey deyildir”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib.

Rəsmi açıqlamada bildirilib ki, düşmən öz xalqına yalanı sırımaqla yanaşı, artıq dünya ictimaiyyətini də yanlış və saxta xəbərlərlə çaşdırmağa çalışır.

“Ermənistanın Müdafiə Nazirliyi hansısa diversantlarla virtual döyüş aparır, guya beynəlxalq humanitar hüquqa riayət etmək şərtilə "neytral zonada" qalan "cəsədin" götürülməsinə şərait yaradır, hətta məcburən səngərlərə gətirib yerləşdirdikləri ahıl erməni çobanın da ölümünü Azərbaycan tərəfinin üstünə yıxmağa cəhd göstərir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu