Modern.az

“İntiqam Əliyevin səhhətindəki problemlər qalır” - Vəkil

“İntiqam Əliyevin səhhətindəki problemlər qalır” - Vəkil

Təhsil

12 Yanvar 2015, 16:26

Vəkil Cavad Cavadlı həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkib. Modern.az saytına danışan vəkil Cavad Cavadlı bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanan İntiqam Əliyevin səhhətində yaranan problemlər davam edir: “Yuxusuzluq, ayağının tutulması, baş ağrıları kimi problemlərin aradan qaldırılmasına qarşı heç bir müalicə aparılmır. Müalicə üçün dəfələrlə həkimə müraciət olunsa da, heç bir nəticəsi yoxdur. Penitensiar Xidmət hesab edir ki, nə lazımdırsa ediblər. Biz hesab edirik ki, bu müalicə yetərli deyil. Səhhətində olan problemlərin qalması onu göstərir ki, orada olunan müalicənin müsbət təsiri yoxdur”.

Vəkil əlavə edib ki, İntiqam Əliyevin məhkəməsinə yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.

Yeganə Oqtayqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu