Modern.az

Bütün Ermənistan bu rus əsgərini axtarır - FOTOLAR

Bütün Ermənistan bu rus əsgərini axtarır - FOTOLAR

Təhsil

12 Yanvar 2015, 18:16


Bu gün Ermənistanda kütləvi insan ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Gümrüdə bir ailənin 6 üzvü öz evlənidə odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Seryoja Avetisyan, həyat yoldaşı Asmik, oğlu Armen, gəlini Araksiya, qızları Asmik və 2 yaşl nəvələri Aida hadisə nəticəsində həyatlarını itiriblər. Armen və Araksiya Avetisyanların 6 aylıq övladı Seryoja isə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmadan sonra hadisəni Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın müddətli hərbi qulluqçusu Valeri Permyakov tərəfindən törədildiyi aydın olub.

6 aydır hərbi xidmətdə olan Permyakovun dekabrın 3-də Rusiyadan Ermənistandakı hərbi hissəyə köçürüldüyü aydın olub. Onun qardaşının Rusiyada qəsdən adam öldürmə maddəsi ilə cəza çəkdiyi də verilən məlumatlar arasındadır. 

Özünə təhkim olunan Kalaşnikov avtomatını və güllə darağını götürərək qanunsuz olaraq hərbi hissənin ərazisini tərk edən hərbi qulluqçu qanlı cinayəti gecə radələrində törədib. Səhər saatlarında isə evi tərk edən Permyakov hazırda bütün şəhər boyunca axtarılır. 130 min sakini olan Gümrü hazırda mühasirə vəziyyətindədir. Şəhərdəki bütün məktəblər və idarələr fəaliyyətini dayandırıb. Gümrüdəki bütün evlər çoxsaylı polis dəstələri və xüsusi təyinatlılar tərəfindən bir-bir yoxlanılır. Onlara 102-ci hərbi bazanın hərbiçiləri də yardım göstərirlər.

Ermənistan prezidenti Serj Sərksiyan rezonans cinayət hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarını rəhbərləri ilə təcili ilcas keçirib. O, hadisəni şəxsi nəzarəti altında saxlayacağını bildirib.

Dəhşətli cinayət faktı ilə bağlı Ermənistan Baş Polis İdarəsi rəisinin 1-ci müavini Unan Poqosyanın başçılıq etdiyi əməliyyat qrupu yaradılıb. 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu