Modern.az

Poroşenko: “Ukrayna Donbasa xüsusi status verməyə hazırdır”

Poroşenko: “Ukrayna Donbasa xüsusi status verməyə hazırdır”

Təhsil

12 Yanvar 2015, 21:18


“Ukrayna Donbasa Rusiya və Avropa İttifaqı ilə əlaqələr üçün xüsusi iqtisadi ərazi stausu verməyə gedə bilər”. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu ptrezident Pyotr Poroşenko Fransanın “France24” televiziya kanalına müsahibəsində bəyan edib: “Biz Rusiya və Avropa İttifaqı ilə xüsusi rejimli əlaqələr üçün azad iqtisadi ərazi statusu təklif etməyə hazırıq”.

Ancaq onun fikrincə, bunun üçün regionda yerli orqanlara Ukrayna qanunlarına əsaslanan azad seçkilər keçirilməlidir.

Poroşenko xatırladıb ki, Donbasın artıq yerli özünüidarəetmə ilə bağlı özünün xüsusi statusu var. Prezident onu da qeyd edib ki, Ukraynanın şərqindəki hərbi münaqişənin hər gün ölkəyə 10 milyon dollara başa gəlir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu