Modern.az

BBC telekanalında Azərbaycana aid reklam çarxı nümayiş etdirilib – FOTOLAR

BBC telekanalında Azərbaycana aid reklam çarxı nümayiş etdirilib – FOTOLAR

Təhsil

13 Yanvar 2015, 00:22

“BBC World News” beynəlxalq xəbərlər telekanalının regional bölməsi “Azerbaijan - This Journey Never Ends!” (“Azərbaycan – bu səyahət heç vaxt başa çatmır”) adlı 30 saniyəlik reklam çarxı nümayiş etdirib.

Modern.az xəbər verir ki, reklam çarxının yaradılması üzərində Sergey Stanovkin başda olmaqla “BBC World News” telekanalının regional kommersiya nümayəndəliyinin komandası işləyib. Azərbaycana həsr edilmiş reklam çarxını yaradanlar ölkəmizin təbii landşaftlarının müxtəlifliyini nümayiş etdirməyə, habelə “Odlar yurdu” adının yaranması tarixini açıqlamağa çalışıblar.

Reklam çarxında əl ilə toxunmuş ənənəvi Azərbaycan xalçaları, məşhur Qarabağ cinsli atlar, zərdüştilik dövrünün qədim memarlıq abidələri nümayiş etdirilir.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu