Modern.az

Nəqliyyat Nazirliyi “20 yanvar” dairəsindəki marşrutun ləğvinə AYDINLIQ gətirdi

Nəqliyyat Nazirliyi “20 yanvar” dairəsindəki marşrutun ləğvinə AYDINLIQ gətirdi

Təhsil

13 Yanvar 2015, 09:37

“20 yanvar dairəsində hər hansı marşurutun ləğv olunmasından söhbət getmir. Sadəcə, Bakı-Sumqayıt arasında qanunsuz fəaliyyət göstərən avtobuslar yığışdırılır”.

Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.

O qeyd edib ki, qanunsuz fəaliyyət göstərənlər onsuz da yığışdırılır: “Hansılar ki, 20 yanvar dairəsinə avtovağzaldan yox, kənardan gəlir,  onların da girişinə icazə verilmir.
Nəqliyyat Nazirliyinin əvvəldən də verdiyi açıqlamada bildirilirdi ki,  avtobuslar Sumqayıt avtovağzalından Bakı avtovağzalına gəlməlidir. Ümumiyyətlə, qiymət də buna əsasən müəyyənləşib”.

Qadağanın açılacaq yeni metro stansiyası ilə əlaqəsinə gəlincə, nazirlik rəsmisi bunları deyib: “Biz bu qaydaları müəyyənləşdirəndə “Avtovağzal” stansiyasının tikintisi heç başlanmamışdı. Məsələ burasındadır ki, şəhərlərarası avtobuslar prisnsipcə bu cür işləməlidir”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev də Modern.az-a açıqlamasında bunun “Avtovağzal” stansiyasının açılışı ilə əlaqəli olmadığını vurğulayıb: “Sözügedən ərazidə marşrutlara qadağa qoyulmasının “Avtovağzal” stansiyası ilə bağlılığı yoxdur. Çünki stansiya tezlikdə təhvil verilməyəcək. Çalışırıq ki, ilin sonuna qədər stansiyanın istifadəyə verilməsini təmin edək”.


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu