Modern.az

“Bakı Metropoliteni qiymət artımı üçün Tarif Şurasına müraciət etməyib”

“Bakı Metropoliteni qiymət artımı üçün Tarif Şurasına müraciət etməyib”

13 Yanvar 2015, 10:30


“Azərbaycanda benzinin qiymətinin müəyyənləşdirilməsi məsələsi kimi, metropolitendə də gediş haqlarının artırılmasına Tarif Şurası baxır”.

Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, metropoliten qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib:
 “Qiymət artımı müzakirə mövzusu deyil. Bu səbədən də Tarif Şurasına müraciət etməmişik”.

Yanvar ayının 12-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Qərar bugündən (13 yanvar 2015-ci il) qüvvəyə minir.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...