Modern.az

Vergi ödəyicilərinin 99 faizdən çoxu qanunvericiliyi pozub - NAZİRLİK

Vergi ödəyicilərinin 99 faizdən çoxu qanunvericiliyi pozub - NAZİRLİK

13 Yanvar 2015, 10:33

2014-cü il ərzində səyyar vergi yoxlamaları aparılan vergi ödəyicilərinin 99,4 faizində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib, bu dövr ərzində başa çatdırılan səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanıb.

Bu barədə Modern.az-a Vergilər Nazirliyi analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu məbləğin 62 faizini əlavə hesablanan vergi məbləği, 38 faizini isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilən maliyyə sanksiyası (faizlə birgə) təşkil edib.

Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılan səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat və ya 31,3 faiz artıb.

2014-cü il ərzində başa çatdırılan səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanan cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3 faiz çoxdur.

Əlavə hesablanan vəsaitlərdə mənfəət vergisi 16,6 faiz, əlavə dəyər vergisi 29,1, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8, sadələşdirilmiş vergi 1,6, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4, digər vergilər isə 5,5 faiz təşkil edib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...