Yanvarın 12-də Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan, Cəlilabad rayon sakini Cəlal Abdulov Binə qəsəbələrində kirayədə yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək ölüblər. Modern.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 12-də Abşeron rayonunun Masazır qəsəbə sakini Dünya Ələkbərova dərmandan, Gəncə şəhər sakini Zərqələm Məmmədova və onun bacısı Zəhra, Sayalı Nəbiyeva və onun oğlu Nicat dəm qazından, Azər Məmmədov dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Modern.az