Modern.az

Mingəçevirdə ana doğuşdan sonra ölüb

Mingəçevirdə ana doğuşdan sonra ölüb

Təhsil

13 Yanvar 2015, 14:17

Mingəçevir şəhərində doğuşdan sonra ölüm hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Hümbətova Esmira Rafiq qızı normal doğuş sancıları ilə xəstəxanaya gətirilib. Təbii doğuş yolu ilə övladını dünyaya gətirən qadının vəziyyəti təxminən 20 dəqiqə sonra pisləşib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyət isə normal qiymətləndirilir.
Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

 Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu