Modern.az

“Bakı Tikinti Sənaye Dəstləşdirmə” ASC Əmlak Komitəsindən şikayətçidir

“Bakı Tikinti Sənaye Dəstləşdirmə” ASC Əmlak Komitəsindən şikayətçidir

13 Yanvar 2015, 14:48


““Bakı Tikinti Sənaye Dəstləşdirmə” Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bir idarəsini özəlləşdirib. Bundan sonra komitədə idarənin ləğv olunmasına dair qərar qəbul edilib. Qərara əsasən, iki aylıq kompensasiya ödənilməklə işçilərin işdən azad edilməsinə dair göstəriş verilib. Səbəb nə olduğu isə bilinmir”.

Baş verənləri Modern.az-a sözügedən cəmiyyətdə hüquq məsləhətçisi kimi çalışan Məmməd Eynalov bildirib.

Onun sözlərinə görə cəmiyyət 2014-cü il noyabr ayının 3-dən etibarən fəaliyyətini dayandırıb:

“Dəfələrlə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etsək də, müraciətlərimiz cavabsız qalıb. Bildiriblər ki, “bizlik deyil, gedin hara istəyirsiz şikayət edin”. Oktyabr, noyabr aylarının maaşı, eləcə də müəyyən olunan 2 aylıq kompensasiyanı ala bilməmişik. 3-4 aydır yalandan gedib-gəlirik. Cəmi 10 işçiyik və hamımıza ümumilikdə 14 min manat pul ödənilməlidir. Orda olan avadanlıqların hamısını satıb talayıblar, hətta transfarmatora qədər satıblar”.

Məsələyə ikinci tərəfin də münasibətini öyrənmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilovla əlaqə saxladıq. Komitə rəsmisi Modern.az-a açıqlamasında ləğv olunan qurumun onlarla hər hansı bir əlaqəsi olmadığını bildirdi:

“Həmin idarə səhmdar cəmiyyətdir, özəlləşdirildib. Özəlləşdirilmiş bir qurumun isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsilə heç bir bağlılığı yoxdur”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...