Modern.az

“Azərsu” ölkədəki su istifadəçilərinin sayını açıqladı

“Azərsu” ölkədəki su istifadəçilərinin sayını açıqladı

13 Yanvar 2015, 15:08

Ötən il “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xidmət göstərdiyi abonentlərin sayı 104 min və ya 8,5 faiz artıb. Cari il 1 yanvar tarixinə ölkə üzrə 1309401 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, istehlakçıların 1255831-i və ya 96 faizini əhali, 53570-i və ya 4 faizini isə qeyri-əhali qrupu abonentləri təşkil edir. Hesabat dövründə əhali qrupu abonentlərinin sayı 91 min və ya 7,8 faiz, qeyri-əhali qrupu abonentlərinin sayı isə 13 min və ya 31 faiz artıb.

İl ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Yanvarın 1-nə su təchizatı xidməti göstərilən abonentlərin 750 mini sayğacla təmin olunub və beləliklə, sayğaclaşma səviyyəsi 57 faizə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...