Modern.az

Neft Akademiyasında imtahana buraxılmayan tələbələrin sayı açıqlandı

Neft Akademiyasında imtahana buraxılmayan tələbələrin sayı açıqlandı

Təhsil

13 Yanvar 2015, 15:21

“Dekanlarla apardığımız sorğuların təxmini cavabalarına görə, hər fakültədə 8- 10-15 nəfər tələbə imtahana buraxılmayıb. Burada əsas səbəb qayıbların çoxluğudur. Eyni zamanda çox az sayda tələbə var ki, onlar təhsil haqqını ödəmədikləri üçün imtahana buraxılmayıb”.

Bunu Modren.az saytına Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən qış imtahan sessiyası  baradə məlumat verən  universitetin mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı deyib.

Onun sözlərinə görə,  ADNA-da imtahanlar davam edir. Ona görə də hələ ki, imtahana buraxılmayan tələblərin sayı haqda dəqiq məlumat verməkdə çətinlik çəkirlər. 

T.Qafarlı qeyd edib ki,  bu məlumatlar bu günə qədər olan göstəricidir.

Məltəm TALIBZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu