Modern.az

İran prezidenti: “Neftin qiymətini qəsdən ucuzlaşdıran dövlətlər peşman olacaq”

İran prezidenti: “Neftin qiymətini qəsdən ucuzlaşdıran dövlətlər peşman olacaq”

Təhsil

13 Yanvar 2015, 16:15


İran prezidneti Həsən Ruhani dünya bazarlarında neftin ucuzlaşmasına münasibət bildirib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Buşer şəhərində keçirilən mitinqdə çıxış edən prezident ölkəsinin neftin ucuzlaşmasından əziyyət çəkdiyini bildirib: “Neftin qiymətinin ucuzlaşdırılmasını planlaşdıran ölkələr öz qərarlarına görə peşman olacaqlar. Bilin ki, əgər İran ucuzlaşmadan əziyyət çəkirsə, Səudiyyə Ərəbistanı və Küveyt kimi neft hasilatçıları bizdən daha çox əziyyət çəkəcəklər”.  

Onun sözlərinə görə, Küveyt büdcəsinin 95 faizi “qara qızıl”ın hesabına formalaşır və buna görə 2015-ci ildə Küveyt büdcəsi yalnız 66 faiz az olacaq. “Sanksiya və hədə erası bitib”, - deyərək kütləyə müraciət edən Ruhani ölkəsinin gəlirlərinin 60 faizinin neft hesabına əldə olunduğunu etiraf edib. Bununla belə, o, ölkəsinin neftdən olan aslılığının getdikcə azaldığını və neft qiymətlərinin də qısa müddətə stabilləşəcəyini deyib.  

Xatırladaq ki, 2014-cü ilin yayından dünya bazarlarında neftin qiyməti 50 faizdən çox dəyərdən düşüb.    

Modern.az      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu