Modern.az

Eldəniz Quliyevin vəkili Ali Məhkəməyə şikayət edib

Eldəniz Quliyevin vəkili Ali Məhkəməyə şikayət edib

Təhsil

13 Yanvar 2015, 16:22


Milli Şuranın üzvü Eldəniz Quliyevin işindən Ali Məhkəməyə şikayət verilib.  Vəkil Elçin Sadıqov Modern.az saytına açıqlamasında bildirib ki, şikayət Apelyasiya Məhkəməsinin ilkin baxış qərarından verilib:  

“Apelyasiya Məhkəməsi işin istintaqını aparmaqdan imtina etdi. Biz də Apelyasiya Məhkəməsinin bu qərarından  kasassiya şikayəti verdik. Ali Məhkəmənin işə nə vaxt baxacağı barədə bildiriş gəlməyib”.  

Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək onu 480 saat müddətində ictimai işlərə və 1000 manat cəriməyə məhkum edib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.  

Yeganə Oqtayqızı

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu