Modern.az

Fransada terrorla üzləşən jurnal 3 milyon tirajla çıxacaq

Fransada terrorla üzləşən jurnal 3 milyon tirajla çıxacaq

Təhsil

13 Yanvar 2015, 16:25

Silahlı hücum zamanı 12 işçisini itirən Fransanın “Charlie Hebdo” satirik jurnalının sabah bazara çıxacaq yeni sayının üz qabığında gözü yaşlı təsvir edilən Məhəmməd peyğəmbərin “Mən Charlieyəm” devizini tutur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həftəlik jurnalın yeni sayı “Libération” qəzetinin ofisində hazırlanıb.

Həftəlik tirajı ortalama 60 min olan jurnalın çərşənbə günü bazara çıxacaq son sayı 16 dildə, 3 milyon ədəd çap olunacaq. Yalnız Fransada deyil, dünyanın bir çox bölgəsindən jurnala tələbat olduğu bildirilir.

Jurnalın yeni sayının üz qabığı da müəyyən olub. “Libération” qəzetinin əvvəlcədən nəşr etdiyi üz qabığında Məhəmməd peyğəmbərin şəkli var. Əlində jurnala yönələn hücuma etiraz vəziyyətində təsvir olunan “Je Suis Charlie” (Mən Charlieyəm) yazılan şüar tutan Məhəmməd peyğəmbər gözü yaşlı təsvir edilib. Gözlərindən yaşlar gələn fiqurun üstündə isə “Hər şey bağışlanıldı (tout est pardonné)” ibarəsi yer alıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu