Modern.az

“Azpetrol” Şirkəti benzinin qiymətini ucuzlaşdırdı, amma…

“Azpetrol” Şirkəti benzinin qiymətini ucuzlaşdırdı, amma…

13 Yanvar 2015, 20:03


Son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar “Azpetrol” Şirkəti tərəfindən “Premium” markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

Bu barədə Modern.az saytına “Azpetrol” Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən o da bildirilib ki, bu qərarın ardında qiyməti təkrar 95 qəpiyə qaldırmağa məcbur olublar:

”30 dekabr 2014-cü il tarixli 1167- İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib”.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu