Modern.az

SOCAR-dan “Super” və “Premium” markalı benzinin qiymətinə dair AÇIQLAMA

SOCAR-dan “Super” və “Premium” markalı benzinin qiymətinə dair AÇIQLAMA

13 Yanvar 2015, 20:12

                                                               

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Super” və “Premium” markalı benzinin qiyməti ilə bağlı açıqlama verib. Modern.az saytının məlumatına görə, SOCAR-ın açıqlamasında deyilir:

”Son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar SOCAR tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015 ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunun”a əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...