Modern.az

Azərbaycanlı avtoritetin qətlini planlaşdıran dəstənin məhkəməsi olacaq

Azərbaycanlı avtoritetin qətlini planlaşdıran dəstənin məhkəməsi olacaq

Təhsil

14 Yanvar 2015, 00:15



Sankt-Peterburqda kriminal avtoritetin qətlinə hazırlıqla bağlı cinayət işi məhkəməyə verilib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətin törədilməsində Gürcüstan vətəndaşı İlham Hacıyev və Naberejnıe Çelnı şəhərinin sakinləri Aleksey Şpatura ilə Ruslan Koryaqin şübhəli kimi tutulublar. Onlar qətlə muzdla hazırlıq və vasitəçilik, eləcə də qanunsuz silah dövriyyəsində ittiham olunurlar. Cinayət işinin materialına görə, Hacıyev Naberejnıe Çelnı sakinləri ilə Sankt-Peterburqda yaşayan kriminal avtoritet Əli Heydərovun öldürülməsi üçün Moskvada işbirliyinə başlayıb. Bunun üçün o, qətli icra edəcək şəxslərə “Kalaşnikov” avtomatı, səsboğucusu olan iki ədəd “Makarov” tapançası və qurbanın yeri barədə məlumat verib. Cinayətkarlar Audi A8 avtomobili və parik alaraq Peterburqa yollanıblar. Operativ əməliyyat tədbirləri zamanı şübhəlilər qətlə bir neçə dəqiqə qalmış yaxalanıblar. Sonradan əməliyyatçılar Moskvada yaşayan qətlin sifarişçisinin ünvanına gəliblər. İlham Hacıyev aradan çıxmağa çalışıb. Polis əməkdaşları travmatik silahdan istifadə etdikdən sonra qətlin sifarişçisini tutublar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu