Modern.az

QHT-lər “beyin mərkəzi” kimi

QHT-lər “beyin mərkəzi” kimi

Qarabağ

14 Yanvar 2015, 12:39

Bu gün informasiya bolluğu ilə əhatə olunduğumuzu desək yanılmarıq. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti kimi xarakterizə olunur.  Lakin informasiyaya olan təlabat dağınıq şəkildə deyil, sistemli,təhlil olunmuş,cəmiyyətin sabahkı inkişafına hesablanmış olmalıdır. Çünki informasiya bolluğuna düşən cəmiyyət ondan kifayət qədər qiymətləndirə və istifadə edə bilmək imkanında deyil. Mövcud informasiyalar toplanmalı, təhlil edilməli, sistemləşdirilməli və cəmiyyətin ondan istifadə edə biləcək formada  olmalıdır.

Müasir, sivil cəmiyyətlərdə bu funksiyanı yerinə yetirən vətəndaş cəmiyyətinin əsas stukturlarından  olan və  “beyin mərkəzləri”  kimi fəaliyyət göstərən QHT-ləri də qeyd etmək olar. Bu gün dünyada QHT kimi fəaliyyət göstərən “beyin mərkəzləri”  vətəndaş cəmiyyətinin başqa institutları kimi formaca müxtəlifdir. Forma müxtəliflyinə baxmayaraq onlar  qeyri-kommersiya xarakterli, dövlət qurumlarından kənarda fəaliyyət göstərirlər. “Beyin mərkəzləri”nin əsas məqsədləri ictimai-sosial, siyasi, iqtisadi, mədəni və digər problemlərə dair informasiyaları toplayıb  sistemləşdirmək, tövsiyyələr, proqnozlar vemək, proqram və konsepsiyalar hazırlamaqdan ibarətdir.

Ekspertlərə görə  “Beyin mərkəzləri” aşağıda sadalanan, cəmiyyət üçün bir sıra əhəmiyyətli funksiyaların yerinə yetirirlər: 1) dövlətlə cəmiyyət arasında körpü yaratmaq; 2) ölkədəki problemlərin müzakirəsindən və həllindən məlumatlı olmaq;  3)  mövcud problemlərə dair informasiyaları aşkar etmək və  toplamaq, toplanmış informasiyaları sistemləşdirmək və qiymətləndirilmək; 4) Problemlərin həllinə dair  ideya və təklifləri hazırlamaq; 5) Hazırlanmış proqramları, layihələri dövlət və cəmiyyətə zamanında çatdırmaq; 6) Dövlətdə və cəmiyyətdə qərarların qəbul olunmasına təsir göstərmək və s.

Bəzi ekspertlərə isə hesab edirlər ki, “beyin mərkəzləri” vətəndaş cəmiyyəti strukturuna daxil olmaqla yanaşı bu və ya digər problemlərin həllində hökumətə məsləhət vermək, kömək göstərmək məqsədilə yaradılır. Bir çox ölkələrdə ictimai,sosial, iqtisadi,siyasi, mədəni və s. problemləri araşdıran və öyrənən “beyin mərkəzləri” dövlətlə sıx əməkdaşlıq edir, bəzi hallarda isə  hətta onun nəzarəti altında olur. Bir sıra ekspetlər həmin ölkələrin “beyin mərkəzləri”nin tədqiqinə həsr etdiyi əsərlərində göstərirlər ki, inkişaf edən ölkələrdə bir çox “beyin mərkəzləri” rəsmən müstəqil olsalar da, mahiyyətcə onları dövlət maliyyələşdirir, idarə edir və müstəqilliyini də məhdudlaşdırır.  Lakin bu məsələdən asılı olmayaraq  “beyin mərkəzləri” öz ölkələrinin cəmiyyətləri üçün potensial ideya mənbəyi olaraq onların inkişafnda mühüm rol oynayırlar.

“Beyin mərkəzləri”nin yaranma tarixinə nəzər etsək görərik ki, ictimai-sosial, iqtisadi-siyasi və digər problemlərin tədqiqi ilə məşğul olun institutların əsası  XX əsrin əvvəllərində Qərbi Avropa və ABŞ-da qoyulmuşdur. İlkin olaraq “beyin mərkəzləri”nin bu ölkələrdə yaranması  təbii olaraq həmin ölkələrin sosial-iqtisadi, ictimai-siyasi, mədəni inkişafı ilə bağlı idi.  Kökləri ilə sosial elmlərə gedib çıxan  Brukinqs İnstitutu (1916), “Karneginin bütün dünyada sülh işinə töhfəsi” (1914), Kil Dünya İqtisadiyyat İnstitutu (1914) və Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (1920) kimi “beyin mərkəzləri” XX əsrin birinci onilliyində ayrı-ayrı şəxslərin,təşkilatların dəstəyi ilə alim və rəhbərlərin o dövrün iqtisadi-sosial problemləri sahəsində bilik və bacarığının daha geniş şəkildə tətbiqi cəhdi kimi yaradılmışdır.

Əvvəllər yalnız Qərbin sosial-iqtisadi cəhətdən inkişaf etmiş  ölkələrində yaradılan “beyin mərkəzləri”ndən hal-hazırda  dünyanın inkişaf etməkdə olan ən müxtəlif ölkələrin ali siyasi rəhbərliyinə və vətəndaş cəmiyyətləri nümayəndələrinə informasiya verirlər. XX əsrin 70-ci illərdə “beyin mərkəzləri”nin öz inkişafının yüksək  mərhələsinə  çatır.  Qeyd etmək lazımdır ki, dünyanın bir çox bölgələrində o cümlədən Şərqi və Mərkəzi Avropa , Asiya, Afrika, Latın Amerikasında və keçmiş Sovet İttifaqında “beyin mərkəzləri”nin  fəaliyyəti XX əsrin 80-ci illərin lap sonunadək və ya hətta ən yaxın dövrədək çox inkişaf etməmişdir. Bu bölgələrin bir çox ölkələrində müvafiq  qanunvericiliyinin olmaması  “beyin mərkəzləri”nin fəaliyyətində ciddi problemlər yaradır. Ona görə də bu ölkələrdə “beyin mərkəzləri”ni əsasən hökumətlər, siyasi partiyalar və beynəlxalq donorlar təşkil edir. Bu da həmin müəssisələri çox da sabit olmayan maliyyə mənbələrindən xüsusilə asılı vəziyyətə salır. Maliyyə müstəqilliyinin olmaması bu müəssisələrin müstəqil tədqiqat və təhlil aparmaq imkanlarını məhdudlaşdırır. Buna baxmayaraq bu bölgələrin bir çox “beyin mərkəzləri” kifayət qədər əhəmiyyət kəsb edərək öz ölkələrində gedən ictimai - siyasi müzakirələrdə fəal  iştirak edir. Bu gün dünyada üç mindən çox  “beyin mərkəzi” bir neçə milyon əhalisi və hər halda intellektual azadlığı minimal dərəcədə olan, demək olar ki, hər ölkədə fəaliyyət göstərir. Bura müxtəlif sahələrdə tədqiqatlar aparan və tədqiqatlarının nəticələrini siyasi rəhbərliyə və geniş ictimaiyyətə çatdıran ayrı-ayrı şəxslərin təşkil etdiyi çoxsaylı mütəxəssis qrupları daxildir.

Qeyd etmək lazımdır ki, “beyin mərkəzlər”lərinin yaranması prosesi son illərədə də davam edir. Məsələn ABŞ-da Beynəlxalq İqtisadiyyat İnstitutu, Fransa Beynəlxalq Münasibətlər İnstitutu və Yaponiyada Milli Tədqiqatların İnkişafı İnstitutu kimi analitik müəssisələr “beyin mərkəzləri”nin “köhnə qvardiyası”nın  əsaslandığı elmi obyektivlik və bitkinlik normalarına əsaslanır

 Bu gün ölkəmizdə “beyin mərkəzi” formalaşdırmaq üçün şərait, intellektual potensial, mütəxəssislər mövcuddur və analitik tədqiqat aparmaq imkanları var. Təqdirəlayiq haldır ki, Azərbaycanda da son illərdə bir neçə QHT  “beyin mərkəzi ” yaranmış və onlar müasir “beyin mərkəziləri”nə aid xüsusiyyətləri özündə ehtiva edə   biləcək ictimai qurumlar kimi formalaşmışdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu