Modern.az

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Təhsil

14 Yanvar 2015, 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu