“Parlament seçkilərinə qədər müxalifətin birliyi alınmayacaq”. Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, müxalifət partiyaları arasında birlik alınmasa da, nəsə bir iş görüləcək:
“Hansı qüvvə bizimlə birgə parlament seçkilərinə getmək istəsə, biz də onunla gedəcəyik. Hər halda, seçkidən qabaq müəyyən birliklər alınacaq. Hələlik bu məsələ müzakirə olunmur. Ona görə də konkret nəsə deyə bilmirəm. Təbii ki, bütün müxalifətin bir yerdə olması vacib deyil. Bütün müxalifətin bir yerdə olması demokratiya üçün də lazım deyil. Eyni zamanda, müxalifətin tam dağınıq şəkildə parlament seçkilərinə getməsi də demokratiyaya ziddir. Ona görə də müxalifətin müəyyən mərkəzlər şəklində seçkilərə getməsi məqsədə uyğundur”.
2015-ci ilin noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.
Namidə BİNGÖL