Modern.az

“Səxavət Əlisoyun fikirləri məni maraqlandırmır” - Gülağa Aslanlı

“Səxavət Əlisoyun fikirləri məni maraqlandırmır” - Gülağa Aslanlı

Təhsil

14 Yanvar 2015, 13:53


Müsavat Partiyası başqanının keçmiş müşaviri Səxavət Əlisoy “Gündəlik Teleqraf” qəzetinə müsahibəsində kinayəli şəkildə Gülağa Aslanlının biyan üzrə ekspert kimi xalqa daha çox fayda verə biləcəyini bildirib. Onun fikrincə, Gülağa Aslanlı hakimiyyətə gələcəyi təqdirdə biyançılıq inkişaf  edəcək.

“Səxavət Əlisoy adlı, soyadlı kimsənin haqqımda nəsə deməsi məni maraqlandırmır.  Çünki o, mənim fəaliyyətimlə, amalımla müqayisə olunmayan Müsavat Partiyasının keçmiş üzvlərindəndir”.

Bunu Modern.az saytına Səxavət Əlisoyun haqqında dediklərinə cavab verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

O, 1985-ci ildən fizika elmlər namizədi olduğunu və 10 illik elmi fəaliyyəti zamanı biyançılıqla məşğul olduğunu deyib. Onun sözlərinə görə, yüksək iş bacarığına görə hətta Heydər Əliyevin hakimiyyəti dövründə də onu işdən çıxara bilməyiblər:

“Mənə hansı sahədə tapşırıqlar verilibsə, öhdəsindən layiqincə gəlmişəm. Əbülfəz Elçibəyin fərmanı ilə yaradılan “Biyan İstehsalat Birliyi”nin baş direktor təyin olunmuşam. 2001-ci ilə qədər həmin birlikdə direktor olmuşam. Elçibəyin  tapşırıqlarını, ideyalarını həyata keçirmişəm. Sonra o birliyi ləğv ediblər, məni işdən çıxarmayıblar. Heydər Əliyev hakimiyyəti  yüksək iş qabiliyyətim olduğu üçün məni işdən çıxara bilməyib”.

O, birlik ləğv olunandan sonra Müsavat Partiyasına gəlişindən də danışıb: “Birlik ləğv olunduqdan sonra Müsavat Partiyasına gəlmişəm. Bir çoxlarının gözləmədiyi halda irəli getmişəm. 2003-cü ildə Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasında səlahiyyətli şəxs olmuşam. Bununla yanaşı, digər fəaliyyətlərimlə daim uğur qazanmışam. Hansı işdə olmağıma baxmayaraq əqidəmə sadiq qalmışam”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu