Bu gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlib və ev deformasiyaya uğrayıb. Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub, 2 nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıbr. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az