Modern.az

Dünyanın ən yaşlı sakinləri uzunömürlülüyün sirlərindən DANIŞIRLAR - FOTOLAR

Dünyanın ən yaşlı sakinləri uzunömürlülüyün sirlərindən DANIŞIRLAR - FOTOLAR

14 Yanvar 2015, 17:10

XIX əsrdən bəri  bəşəriyyət bütün sahələrdə böyük inkişaf yolu keçib. Lakin 3 əsr ərzində baş verən bu dəyişikliklərin şahidləri günü-gündən azalır. Planetimizdə anadan olduqları tarixdən dünyanın kardinal dəyişikliyinə şahidlik edən uzunömürlü sakinlər az da olsa, var. Maraqlıdır ki, XIX əsrdə anadan 5 uzunömürlünün hamısı qadındır. Modern.az planetimizin ən yaşlı sakinlərinin fotolarını təqdim edir.


Miaso Okava
– 1898-ci il martın 5-də Yaponiyada anadan olub. 2013-cü ildə planetimizin ən yaşlı sakini kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilən 116 yaşlı Okava hazırda qocalar evində yaşayır. Onun 90 yaşında oğlu və qız övladı, 6 nəvəsi və 4 nəticəsi var. Miaso Okava uzunömürlülüyünün sirri barədə bunları deyir.

“Mən müharibə görmüşəm. Fikrimcə, müharibədə aclıq çəkən insanlar müharibədən sonra doğulanlardan çox yaşayır. Mən indi nə ilə məşğulam? Fikirləşirəm ki, daha 25 il yaşayım. Hələliksə, suşi yeyib, maraqlı kitabların audiosəsini dinləməklə vaxt keçirirəm. Yaşadığım üçün xoşbəxtəm”.


Hertruda Uiver
– 1898-ci il iyulun 4-də ABŞ-da doğulub. 116 yaşl Uiver uzun müddət nəvəsinin evində qaldıqdan sonra qocalar evinə köçüb. O, içki və tütündən uzaq durur və yaşlı insanalr üçün xarakterik olan mərəzlərdən əziyyət çəkmir. 93 yaşlı oğlu da onu tez-tez ziyarət edir. Uzunömürlülüklə bağlı isə o bunları deyir:

“Uzunömürlülüyün sirri? Sadəcə, ürəyinizdəki Allah sevgisi ilə gedin. Qalan heç nəyin önəmi yoxdur”.


Cerarien Telli
– 1899-cu il mayın 23-də Amerikada anadan olub. O çox aktiv həyat tərzi sürür və balıqçılıqla məşğuldur. Bununla yanaşı, qatı dindar olan Telli içki içməsə də, yağlı yeməklər yeməyi və kofe içməyi çox sevir.


Süzanna Cons
– 1899-cu il iyulun 6-da Amerikada anadan olub. Çoxuşaqlı ailədə doğulan Cons 1923-cü ildən Nyu-Yorkda yaşayır. O son 26 ilini Bruklindəki qocalar evində keçirib. 2000-ci ildə görmə qabiliyyətini də itirən Süzanna Cons əlil arabasında hərəkət etməyə məcburdur. Bununla belə, 115 yaşlı qadın həyat sevgisini itirmir.

“Mənim uzunömürlülüyüm uzun illər davam edən xoşbəxt evliliyimdən qaynaqlanır. Mən hər gün özümü ərimin gözlərində görməkdən elə xoşbəxt idim ki. İndi də həmin anlar gözümün qabağına gəlir. Düşünürəm ki. uzunömürlülüyümün sirri məhz xoşbəxt olmağımdadır”.


Emma Morano
– dünyanın 5-ci, Avropanın ən yaşlı sakinidi. O 1899-cu il noyabrın 29-da İtaliyada anadan olub. Moranonu ailəsində hamı uzunömürlüdür. Onun xalası 101, anası isə 91 il ömür sürüb. Yaşı 90-ı haqlamış 5 bacısının hamısı da sağdır. Emma Morano genetik uyğunluqla yanaşı, xoşbəxt həyat keçirməsini əsas uzunömürlülük sirri hesab edir.

“Bilirsiz, qoca yaşda vaxt çox gec gedir. Cavanlıqda vaxt dəlicəsinə uçur və 100 ili 1 həftəyə yaşayırsan. Əsas olan xoşbəxt olmaqdır”.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI