Modern.az

Çin restoranında gözəl müştərilərə pulsuz xidmət ediləcək

Çin restoranında gözəl müştərilərə pulsuz xidmət ediləcək

Təhsil

14 Yanvar 2015, 21:00

Çinin Şərqindəki Çjençjou dairəsində açılan “Djedju adası” restoranında gözəl müştərilərə pulsuz yemək-içmək veriləcək. Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, ziyarətçilər "cəlbediciliyinin qiymətləndirilməsi şöbəsində" şəkil çəkdirirlər, bundan sonra plastik cərrahiyyə əməliyyatı keçirən həkimlərdən ibarət xüsusi komissiya namizədləri nəzərdən keçirir. Restoranın sponsorluq etdiyi tibb işçiləri müştərinin formasa xarici görünüşü, üzünə qulluğu, gözləri, burnu və ağzı ilə bağlı rəy verir. Məsələn, bu zaman müştərinin alnının formasının cəlbedici olması da əsas üstünlük kimi götürülür. Hər gün komissiyadan yüksək bal toplayan 50 müştəri restoranın hesabına pulsuz nahar edə biləcək. Restoranın bu təşəbbüsünü yerli hakimyyət birmənalı qarşılamayıb. Ancaq buna baxmayaraq yaraşıqlı müştərilərə pulsuz xidmətdən imtina edilməyəcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu