Qərbin Moskvaya sanksiya tətbiq etməsindən sonra Azərbaycan Rusiyanın ərzaq bazarında öz payını əhəmiyyətli dərəcədə artırrmağı bacarıb. Modern.az saytının verdiyi xəbərə görə Rusiyanın Federal Baytarlıqvə Fitosanitariya Nəzarət xidmətinin ( Rosselxodnadzor) rəhbərinin köməkçisi Aleksey Alekseyonko bu barədə danışıb.
Onun sözlərinə görə sanksiyaların tətbiqindən sonra Rusiya bazarlarına giriş əldə edən Azərbaycan şirkətləri yarım il ərzində müntəzəm təchizatçılar kimi möhkəmlənməyə başlayıblar.
Aleksey Alekseyonko bildirib ki, Qərb sanksiyaları aradan götürsə belə, bu, Azərbaycan mallarının Rusiya bazarlarından sıxışdırılıb çıxardılmasına gətirib çıxarmayacaq. “Əvvəllər Rusiya bazarında Polşadan gələn almalar daha çox idi. Polşadan gələn almalar Rusiyada elə əminliklə qaydaya salınmışdı ki, başqaları üçün bazarda yer qalmırdı.
Moskvaya qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılacağı təqdirdə, alma və başqa malları gətirən Azərbaycan şirkətləri Rusiya bazarlarından sıxışdırılmayacaq”,-deyə o qeyd edib.
Rosselxodnadzor rəsmisinin fikrincə, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının yeni səviyyəsi uzunmüddətli tendensiya xarakterlidir. Onun bildirdiyinə görə gələcəkdə iki ölkə arasındakı ticarət razılaşmaları daha da təkmilləşəcək.
Aqşin Kərimov