Modern.az

Erməni ailəsini güllələyən rus hərbçisi həbs olundu

Erməni ailəsini güllələyən rus hərbçisi həbs olundu

Təhsil

15 Yanvar 2015, 11:18


Yanvarın 7-də Ermənistanın Gümrü şəhərində erməni ailəsini güllələyən rus hərbçisi Valeri Permyakov yanvarın 14-də həbs olunub. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 2 maddəsi – “qəsdən adam öldürmə” və “fərarilik” maddələri ilə cinayət işi açılıb. Onun həbs olunması barədə qərarı Rusiyanın 5-ci qarnizon məhkəməsi çıxarıb.

Hazırda 102-ci hərbi bazanın ərazisində olan Valeri Permyakov Rusiya hərbi məhkəməsi tərəfindən mühakimə olunacaq.
Ötən gün onun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edən Gümrü sakinləri buna görə polislə toqquşmuşdular.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu