Modern.az

Azərbaycanın sabiq deputatı İstanbulda baş katib vəzifəsinin icrasına başlayıb

Azərbaycanın sabiq deputatı İstanbulda baş katib vəzifəsinin icrasına başlayıb

15 Yanvar 2015, 11:26

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assamleyasının (QDİƏT PA) baş katibi  Asəf Hacıyev artıq Türkiyədə fəaliyyətinə başlayıb. Bu barədə Modern.az saytına QDİƏT PA-nın  İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev məlumat verib.   O bildirib ki, Asəf Hacıyev artıq İstanbuldadır və yeni vəzifəsinin icrası ilə bağlı heç bir problemləri yoxdur.

Qeyd edək ki, ötən ilin dekabr ayının 9-da Asəf Hacıyev  QDİƏT PA-nın  baş katibi seçilib. QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Asəf Hacıyev bu şəhərə köçməli olub.  Bu ilin yanvarın 7-də isə Mərkəzi Seçki Komissiyası Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verib.    

Aqşin Kərimov


Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama