Xocalı soyqırımına məruz qalanların xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin lövhəsi üzərində yazılan bəzi adlar pozulub. Soyqrımın 23-cü il dönümünə yaxın abidənin üzərində hansısa təmir-bərpa işləri aparılacaqmı? Modern.az saytı Xətai Rayon İcra Hakimiyyətinin məsələyə mövqeyini öyrənib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, Xocalı soyqrımının 23-cü ildönümünə yaxın abidədə nə çatışmamazlıq varsa, aradan qaldırılacaq: “Təbii ki, hər il olduğu kimi, bu il də müyyən hazırlıq var. Bunun üçün xüsusi gül kolları və ağaclar gətirilməsi nəzərdə tutulub. Parkda təmizlik işləri aparılır, müxtəlif banerlərlər düzəldilir”.
Yeganə Oqtayqızı