Modern.az

Hesablama Palatası bir sıra dövlət qurumlarında yoxlamalar aparıb

Hesablama Palatası bir sıra dövlət qurumlarında yoxlamalar aparıb

15 Yanvar 2015, 14:18

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şəki şəhər İcra Hakimiyyətinin və Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar  qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, aşağıdakı nəzarət tədbirləri üzrə Audit proqramları təsdiqlənib:

-  Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsinə dair;

-   dövlət büdcəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;

-   Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...