Bu gün “Bakı 2015 Avropa Oyunları” Əməliyyat Komitəsi “Coca-Cola” şirkətinin yayda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olmasına dair müqaviləyə imza atıb.
Modern.az xəbər verir ki, müqaviləyə görə, “Bakı 2015”in brendi şirkətin bütün Azərbaycan ərazisindəki “Coca-Cola” və “Bonaqua” içkilərinin etiketləri üzərində əks olunacaq.
“Coca-Cola” şirkəti xüsusi olaraq “Bakı 2015 Avropa Oyunları2 üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək və oyunlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaq.
Gənclər və idman naziri və “Bakı 2015 Avropa Oyunları” Əməliyyat Komitəsinin baş icraçı Azad Rəhimov deyib: “Beynəlxalq aləmdə tanınması və mühüm beynəlxalq idman yarışlarına hər zaman dəstək olmasını nəzərə alaraq “Coca-Cola” brendini “Bakı 2015 Avropa Oyunları” üçün mükəmməl tərəfdaş hesab edirik”.
Gülşən RAUFQIZI