Belçikanın Vervye şəhərində keçirilən terror əleyhinə əməliyyat zamanı ən azı 3 nəfər ölüb. Modern.az bildirir ki, bu haqda RTL radiostansiyası yerli prokurorluğa istinadən məlumat yayıb. Şahidlərin sözlərinə görə, şəhərin mərkəzində avtomatdan açılan atəş səsləri eşidilib.
Əməliyyat zamanı bir neçə nəfərin həbs olunduğu da bildirilir. Hadisə barədə hələ ki ətraflı açıqlama verilmir.
Fransada yanvarın 7-də və 9-da baş verən terror hadisələrindən sonra Avropa İttifaqının polis xidməti yeni terror aktlarının baş verə biləcəyi Avopa ölkələri ilə bağlı xəbərdarlıq yayıb. Terror baş verməsi real olan ölkələr arasında Belçika, Hollandiya və Böyük Britaniya xüsusi çəkilirdi.Modern.az