Modern.az

Cəmil Həsənlinın ad gününü Fərhad Əliyev təbrik edib?

Cəmil Həsənlinın ad gününü Fərhad Əliyev təbrik edib?

Təhsil

16 Yanvar 2015, 14:13


Dünən 63 yaşı tamam olan Milli Şuranın sədri Cəmil Həsənli Modern.az-a açıqlamasında adi doğum günü keçirdiyini deyib.

“Dünən doğum günümü qeyd etdim. 63 yaşım tamam oldu. Bəzilərini doğum günümü harda və kimlərlə keçirməyim maraqlandırsa da, deyim ki, adi qaydada ad günü qeyd etdim. Ailə üzvlərim, nəvələrim yanımda idi. Düşünürəm ki, bu yaşda doğum gününü nəvələrlə bir yerdə keçirmək gözəl hissdir. Bundan maraqlı nə ola bilər ki!”.

“Sabiq iqtisadi inkişaf naziri, həm də dostunuz Fərhad Əliyev sizi təbrik etdimi” sualına Cəmil Həsənli belə cavab verib.

“Böyük danışmaq kimi çıxmasın. Düzü, o qədər insanlardan doğum günü təbriki almışam ki, dostların saylarını da, adlarını da unutmuşam. Təbrik edən bütün dostlara təşəkkür edirəm. Birinci təbrik edən dostumun kim olduğu belə, yadımda deyil”.

“Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan Fərhad Əliyevlə görüşmüsünüzmü” sualına cavab olaraq “Fərhad Əliyev azadlığa çıxandan sonra bir dəfə də olsun görüşməmişik. Heç bir əlaqə yaratmamışıq”-deyə Milli Şura sədri bildirib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu