Modern.az

Qızıl 20 gündə 70 dollar bahalaşıb

Qızıl 20 gündə 70 dollar bahalaşıb

Təhsil

16 Yanvar 2015, 15:20


“Hazırda Azərbaycanın daxili bazarında sürətlə bahalaşan qızıldır. Əldə olunun məlumatlara gözə, qiymətlər son 1 ayda 20-30 faiz səviyyəsində olub”.

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İabdoğlu məlumat verib.

O, dəyişikliyi şərtləndirən səbəbləri belə şərh edib: “Birincisi, Azərbaycanda əhalinin əmanətlərində gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi ikili effekti yaratmaqdadır. Bir tərəfdən ildən-ilə aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji tərsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır”.

İqtisadçı qeyd edib ki, hazırda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir: “Əhalinin əlində cəmləşən sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarır. Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır. Bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb.

İkincisi qızıl bazarıdır. Orada, əksinə qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarında ötən ilin sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib. Hazırda 1 troya unsiyalı qızılın qiyməti 1257 dollarıdır. Bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır. Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları,aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızıl bazarda qiymətlərin daha yüksək sürətlə artımına gətirib”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu