Modern.az

Prezidentlər silahla - FOTOLAR

Prezidentlər silahla - FOTOLAR

16 Yanvar 2015, 15:33

Dövlət başçıları bəzən müxtəlif markalı silahlarla görüntülənirlər. Bu, onlar adətən ya hərbi hissələrdə olanda, ya da ova çıxarkən baş verir. Modern.az saytı müxtəlif vaxtlarda dövlət rəhbərlərinin silahla çəkilən fotolarını təqdim edir.


Azərbaycan prezidenti İlham Əliyev isə cəbhə xəttini ziyarət edən zaman iri çaplı silahın nişangahından düşmən mövqelərini izləmişdi. İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinə baş çəkəndə də silahla görüntülənmişdi.



Amerika prezidenti Barak Obama 2012-ci ilin avqust ayında Merilend ştatının Kemp-Devid şəhərində yerləşən iqamətgahında hədəfə atəş açır.



Rusiya prezidenti Vladimir Putin tirdə “Steçkin” tapançasından hədəfi tuşlayıb.



Britaniya kraliçası II Yelizaveta 1993-cü ildə “Hərbi Silah Assosiasiyası”nı ziyarət edərkən silaha görüntülənib.



İraqın mərhum diktatoru Səddam Hüseyn 1990-cı ildə Bağdadda mitinq zamanı havaya atəş açıb.



ABŞ-ın eks-prezidenti Corc Buş 1994-cü ildə anadan olduğu Texas ştatında göyərçin ovunda...



Amerikanın dövlət katibi Con Kerri Ayova ştatında qırqovul ovlayarkən...



Ukrayna prezidenti Pyotr Poroşenko isə 2014-cü ilin iyulunda separatçılara qarşı vuruşan Milli Qvardiyanın poliqonunda silahla görüntülənib.



Venesuelanın mərhum prezidenti Uqo Çaves hərbçi olduğu üçün prezidentliyi dövründə də silahdan ayrılmırdı.



Şinali Koreya lideri Kim Çen In da zaman-zaman atıcılıq qabiliyyətini yoxlayır.



Bruney sultanı və baş naziri Həsənnal Bolkiah isə hərbi akademiyada təhsil aldığı üçün odlu silahlarla sərbəst davrana bilir.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hələ baş nazir səlahiyyətlərini icra edərkən 2009-cu ildə İstanbulda keçirilən yelkənli gəmilərin yarışını açıq elan etmək üçün tapançadan havaya atəş açıb. 2013-cü ildə Girersun vilayətinə səfəri zamanı isə ona tüfəng hədiyyə edilib.



Belarusun əvəzsiz lideri Aleksandr Lukaşenko ölkənin hərbi sənaye obyektlərini təftiş edərkən müxtəlif silahlardan atəş açıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI