Rusiyanın Kirovsk şəhərində tükürpədici cinayət hadisəsi baş verib. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, şəhərdə bizneslə məşğul olan İvan Ankuşev mer İlya Kelmanzonanın qəbuluna gələrək atəş açmağa başlayıb. İlk atəşlə merin müavini Sergey Maksimovu, sonra isə merin özünü güllələyərək qətlə yetirib.
İvan Ankuşev sonda öz həyatına da son qoyub. Onun üzərindən tapılan vida məktubunda Kirovsk şəhər administrasiyasının özbaşnalıqları barədə məlumatlar var. Tam mətni açıqlanmasa da, məktubun bir hissəsi jurnalistlərin əlinə keçib.
“Ədalətli məhkəmyə inam yoxdur. Mənim ticarət dövriyyəm ildə 25 milyon rublu keçmirdi. Administrasiya mənə 4 milyon rubl borclu idi. Siz məni məhv etdiniz”, - deyə məktubda yazılıb.
Faktla bağlı şəhər polisi araşdırmaya başlayıb.
Modern.az