Modern.az

Parlamentdə qalmaqal: Deputat Milli Bankın sədrinin üstünə dollar tökdü - VİDEO

Parlamentdə qalmaqal: Deputat Milli Bankın sədrinin üstünə dollar tökdü - VİDEO

Təhsil

16 Yanvar 2015, 16:58

Ukraynada Radikal Partiyanın sədri Oleq Lyaşko Ali Radanın iclası zamanı Milli Bankın sədri Valeri Qontarevin üzərinə saxta dollar töküb. Modern.az xarici KİV-ə istiunadən xəbər verir ki, Qontareva parlamentdə tribunaya yaxınlaşıb çıxışa başlayarkən Lyaşko onun yanına qaçaraq dollarları səpməyə başlayıb. Ali Radanın sədri Vladimir Qroysman Lyaşkonu yerinə qayıtmağa və hərəkətlərinə diqqət verməyə çağırıb. Bundan əlavə, o, tələb edib ki, hüquq-mühafizə orqanları dollarların saxta olub-olmadığını yoxlasınlar: “Əgər saxtadırsa, Ali Radanın zalında saxta valyutanın yayılması ilə bağlı cavabdehlik müəyyənləşdirilməlir”.

Qontareva isə deyib ki, xalq deputatı deyil, ona görə belə sirkə alışmayıb.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu