Modern.az

Amerikalı həmsədr 14 yanvardakı hadisədən YAZDI

Amerikalı həmsədr 14 yanvardakı hadisədən YAZDI

Təhsil

16 Yanvar 2015, 18:34


ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik 14 yanvarda cəbhə xəttində baş verən insidentə münasibət bildirib.

Modern.az saytının məlumatına görə amerikalı həmsədr Ceyms Uorlik bu barədə özünün twitter səhifəsində yazıb. “Dağlıq Qarabağda ATƏT-in monitorinqi zamanı açılan atəş tərəflərin təhlükəsizliyinin zəmanətlərini  açıq şəkildə pozmaqdır”,-deyə Ceyms Uorlik bildirib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı  erməni silahlı bölmələri mövqelərimizə atəş açıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu