Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nəticədə ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Sexdə dayanmış “HYUNDAI” və “MİTSUBİSHİ” markalı minik avtomobilləri dağıntı altında qalıblar. Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri yanıbvə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıblar. Bitişik obyektlər yanğından mühafizə olunub.
Modern.az