Modern.az

QHT sədrindən təklif: “İstehlakçılara səsli məlumatlar verilsin”

QHT sədrindən təklif: “İstehlakçılara səsli məlumatlar verilsin”

17 Yanvar 2015, 13:42



Bu gün paytaxt  Bakıda  iri supermarketlər, ticarət mərkəzləri istehlakçıların xidmətindədir. Artıq bölgələrdə də brend mağazalar, bir-birindən yaraşıqlı, böyük marketlər tikilib istifadəyə verilib və ya tikilməkdədir. Bütün bunlar isə istehlakçıların seçim imkanlarını artırır, rəqabəti gücləndirir, xidmətin keyfiyyətini daha da yaxşılaşdırır. Yəni qazanan sahibkarlarla yanaşı, həm də istehlakçılardır.

Ancaq bəzən supermarketlərin böyüklüyü istehlakçılar üçün mal çeşidinin bolluğu ilə yanaşı, müəyyən “problemlər” də yaradır. Belə ki, 200-300 kvadrat metr, bəzən daha böyük əraziyə malik supermarketlərdə istədimiz malların yerini tapmaqda çətinlik çəkirik. Doğrudur, bəzi ticarət obyektlərində yeni alınan mallar, endirim kampaniyaları barədə məlumatlar verilsə də, bunlar satışda olan bütün malları əhatə etmir. 

Təklif edirik ki, iri supermarketlərdə, ticarət mərkəzlərində bölmələrin adlarının və yerləşmə ardıcıllığın qeyd olunduğu lövhələr, necə deyərlər ticarət obyektinin sxemi asılsın. İstehlakçıları səsli məlumatlar vasitəsilə də ona lazım olan bölməyə yönəlmək olar.

Zənnimizcə, bu tədbirlər xidmətin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaratmaqla bərabər, həm də artıq vaxt itkisinin qarşısını alacaq.            

Rahilə Mehdiyeva
 “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...