“Cəmiyyətimizdə müəllim peşəsinə çox yaxşı münasibət görürük”.
Modern.az saytının məlumatına görə bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə regionlarda çalışam müəllimlər əmək haqqı və əlavə ödənişlərin həyata keçirilməsində irəliləyişlər var. “Bildiyiniz kimi, cənab prezident müəllimlərin əmək haqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Biz bunu alqışlayırıq. Bu, dövlət başçısının təhsilə göstərdiyi diqqətin bariz nümunəsidir. Bunlar söz yox, konkret hərəkətdir”,-deyə Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, sınaq qiymətləndirilməsində iştirak edən müəllimlərin orta dərs yükü 18 saata çatdırılıb.
Namidə Bingöl