Modern.az

Azərbaycanda mobil operatorlar yoxlanılacaq

Azərbaycanda mobil operatorlar yoxlanılacaq

17 Yanvar 2015, 22:00

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycanda fəaliyyət göstərən mobil operatorlara xəbərdarlıq edib.

Bu xəbərdarlığın vətəndaşların şıkayətinə rəğmən edildiyini deyən nazir bildirib ki, yaxın zamanlarda ölkədə fəaliyyət göstərən mobil operatorların monıtorinqi aparılacaq. O, bunun üçün xarici şirkətin Bakıya dəvət olunduğunu deyib.

Nazir jurnalsitlərə açıqlamasında qeyd edib ki, mobil operatorlar yalnız pul qazanmaqla məşğuldurlar: “Problemlər onunla bağlıdır ki, bu şirkətlər öz sahələrinin inkişafı üçün sərmayə qoymurlar. Təbii ki, belədə də gerilik yaranır. Abonentlər şikayətçi olurlar. Monitorinqdən sonra fikrimizi açıqlayacağıq”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu