Modern.az

Azərbaycan əhalisinin 73%-i internet istifadəçisidir

Azərbaycan əhalisinin 73%-i internet istifadəçisidir

17 Yanvar 2015, 22:18


Hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Bu bardədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bildirib. Məlumata görə, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına  görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15.2%  üstələyir. 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu da ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Eyni zamanda rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...